Azərbaycanda 34 yoluxma, 95 sağalma faktı qeydə alınıb

Azərbaycanda 34 yoluxma, 95 sağalma faktı qeydə alınıb

Ölkədə son sutka ərzində 965 test aparılıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb. “Avronews” bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Rəsmi məlumata görə, analiz nümunələri müsbət çıxan vəfat edən olmayıb.

Ölkədə indiyədək ümumilikdə 826496 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816149 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 339 nəfərdir.

Ölkədə son sutka ərzində 965, hazırkı dövrədək isə 7 434 660 test aparılıb.