Azərbaycan əsgəri həlak olub
Faktla bağlı araşdırmalara başlanılıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində vəfat edib.
“Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Hazırda faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyi hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Allah rəhmət eləsin!