Azərbaycanda koronavirusa 68 yeni yoluxma qeydə alınıb
Son sutka ərzində 45 nəfər müalicə olunaraq sağalıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb. “Avronews” bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadın xəbər verir.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 824 870 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 511 nəfər müalicə olunaraq sağalıb, 9 986 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.
Ölkədə son sutka ərzində 1475, hazırkı dövrədək isə 7 394 585 test aparılıb.