Son sutkada 31 yoluxma qeydə alınıb
COVID-19-dan vəfat edən olmayıb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 31 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
“Avronews” bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir. Məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.