Son statistika: sağalanların sayı yoluxanlardan çoxdur
Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.
Avronews Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatına istinadən xəbər verir ki, 2 iyul tarixinə COVID-19 xəstəliyindən ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 333 nəfər müalicə olunaraq sağalıb, hazırda 200 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 098, bu günə qədər isə ümumilikdə 6 968 836 test icra olunub.