Azərbaycan və Türkiyə hərbçilərindən yüksək peşəkarlıq

Azərbaycan və Türkiyə hərbçilərindən yüksək peşəkarlıq

Proses zamanı qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub

Azərbaycan və Türkiyədən olan hərbçilərin iştirakı ilə birgə hərbi təlim keçirilib. “Avronews” Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, təlimdə müxtəlif tapşırıqlar icra edilib.

Hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.