“Bakcell”dən Türkiyəyə dəstək
Şirkət xüsusi telekommunikasiya avadanlıqları göndərib
“Bakcell” şirkəti Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərin və orada çalışan insanların yaxınları və müvafiq qurumlarla əlaqə saxlaya bilməsini təmin etmək üçün Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları yollayıb.
“Avronews” şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, təbii fəlakətin baş verdiyi müxtəlif bölgələrdə "Bakcell"in dəstəyilə ümumi dəyəri 500 min manata yaxın olan 13 xüsusi telekommunikasiya avadanlığı quraşdırılacaq.