FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür - FOTO, VİDEO

FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür -
FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür -
FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür -
FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür -
FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür -

Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 112 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

“Avronews” FHN-in saytına istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib, Sumqayıt şəhərində 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

FHN Masallıda meşə yanğın barədə də məlumat yayıb. Nazirlikdən bildirilib ki, Masallı rayonunda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür.

"Məlum olduğu kimi, 28 avqust 2022-ci il tarixində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb. Eyni zamanda, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar”, - deyə məlumatda qeyd olunur.

“İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb. Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş vermiş ərazidən götürülmüş nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb”, - deyə FHN bəyan edir.

FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür - FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür - FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür - FHN: Yanğının qəsdən törədilməsi ehtimalı böyükdür -