Britaniyalı hərbçilər Azərbaycanda
Azərbaycan Ordusunda britaniyalı mütəxəssislərin iştirakı ilə təlim keçirilir
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında əməkdaşlıq planına əsasən, ölkəmizdə Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssisləri tərəfindən “Partlayış təhlükələri haqqında məlumatlandırma" üzrə təlim kursu keçirilir.
“Avronews” Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim kursunun keçirilməsində əsas məqsəd partlayıcı sursatların qalıqları ilə tanışlıq, onlarla davranış qaydaları, minalanmış ərazinin işarələnməsi və yaralıların həmin ərazilərdən təxliyəsi, həmçinin gələcəkdə bu təlimin öz mütəxəssislərimiz tərəfindən keçirilməsinin metodlarını tədris etməkdən ibarətdir.
Hərbi qulluqçularımızın iştirakı ilə keçirilən kurs 2023-cü ilin fevral ayının 4-dək davam edəcək. Təlim kursu Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, eləcə də "Qaraheybət" Təlim Mərkəzində nəzəri və praktiki olaraq keçirilir.