Azərbaycan əsgəri vəfat edib

Azərbaycan əsgəri vəfat edib

Müdafiə Nazirliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına başsağlığı verir

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. “Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!