Qəbələdə yanğın: helikopter havaya qaldırıldı

Qəbələdə yanğın: helikopter havaya qaldırıldı

Rayonun dağlıq ərazisində yanğın barədə məlumat daxil olub

FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub

Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. “Avronews” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 1 ədəd helikopter yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.