Real döyüş şəraitində məşq - VİDEO

Real döyüş şəraitində məşq -

Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir

Quru Qoşunlarının 2023-cü il üçün döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi məşqlər davam etdirilir. “Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, komandolar kəşfiyyat cığırının açılması, maneələr zolağından keçid və digər fəaliyyətləri real döyüş şəraitində məşq edirlər.

Həmçinin sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqlar uğurla icra olunur.

Əməliyyat (Komando) bölmələri ilə keçirilən məşqlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.