Müdafiə Nazirliyi: yayılan məlumat həqiqəti əks etdirmir
Nazirlik erməni mətbuatının məlumatlarını təkzib edib
Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində, guya, atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir.
“Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir.
Xatırladaq ki, erməni mediasında Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə məlumatlar dərc edilib.