İsraildə koronavirusun 7-ci dalğası başladı – “Qırmızı” həyəcan

İsraildə koronavirusun 7-ci dalğası başladı –

Hökumət maska taxmağı tövsiyə etsə də, binalarda və ictimai nəqliyyatda hələlik buna məcburiyyət yoxdur

İsrail Səhiyyə Nazirliyi koronavirus epidemiyası ilə bağlı yeni məlumatlar yayıb. Nazirlik epidemiyanın yeddinci dalğasını elan edib. Xəstəxanalarda koronavirus şöbələri açılıb.

Rəsmi qurum maska taxmağı tövsiyə etsə də, binalarda və ictimai nəqliyyatda “maska rejimi”nin qaytarılmasında israrlı deyil.

Yoluxmuş insanların sayı PSR testləri və nəzarət-buraxılış məntəqələrində aparılan testlərlə nəzərə alınır (evdə testin müsbət nəticəsi, buraxılış məntəqəsində təsdiq edilmədikdə statistikada nəzərə alınmır).

Qeyd edək ki, yoluxmuş insanların bir çoxu əldə edilmiş təcrübəyə əsaslanaraq və ev testlərinin köməyi ilə onların vəziyyətinə nəzarət edərək, özləri müalicə alır. Yəni virusa yoluxanların real sayı Səhiyyə Nazirliyinin hesabatlarında göstəriləndən xeyli çox ola bilər.

Ümumilikdə, pandemiyanın başlandığı gündən ölkədə 4 milyon 554 min 755 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Son sutka ərzində 24 472 test aparılıb. Koronavirus yoxlamaların 25 faizində aşkar edilib.

Aparılan testlərin sayı açıq şəkildə kifayət deyil. Hazırda 68246 nəfər (gündə +58) xəstə var. 11 291 COVID-19 xəstəsi vəfat edib (gündə +13). Xəstəxanalarda 1218 xəstə (gündə +22) var, digərləri evdə müalicə alır. 339 xəstənin vəziyyəti həkimlər tərəfindən ağır (gündə - 49) qiymətləndirilir, 84 nəfər süni nəfəs aparatına və ya ECMO-ya (gündə -11) qoşulub.

İsrail Səhiyyə Nazirliyinin hesabatına görə, ağır xəstələrin 92%-i 60 yaşdan yuxarıdır. Yoluxmuşların böyük əksəriyyəti xəstəliyi asanlıqla keçirir. 25 iyul 2022-ci il tarixindən etibarən İsrailin demək olar ki, bütün şəhərləri Səhiyyə Nazirliyi tərəfindən koronavirus infeksiyasının yayılma dinamikası baxımından “qırmızı” kimi tanınır.

(newsru.co.il)