“Putin Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirir”

“Putin Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirir”

Nikita Yufereva: “İstefa tələb edənlər yazırlar ki, Vladimir Putin Rusiyaya uyğun deyil və getməlidir”

Sankt-Peterburq məhkəməsi ötən həftə Vladimir Putini dövlətə xəyanətdə ittiham etmək və onu Prezident vəzifəsindən azad etmək təklifi ilə Rusiya Federasiyasının Dövlət Dumasına müraciət edən Smolninskoye bələdiyyəsinin üzvlərinə qarşı inzibati işlərə baxmağa başlayır. Onların bu təşəbbüsü hüquq-mühafizə orqanlarında “mövcud hakimiyyəti gözdən salmağa yönəlmiş hərəkətlər” kimi qiymətləndirilib.

Bələdiyyə Şurasına baxılmaq üçün təklif təqdim edən deputat Dmitri Palyuqanın işinə baxılmağa başlanılıb.

Bələdiyyə üzvlərinin ideyası onların Moskva və Kolpinodakı həmkarları tərəfindən dəstəklənib. Bazar ertəsi Moskva, Sankt-Peterburq və Kolpino şəhərlərinin 18 rayonunun nümayəndələri Putini istefaya çağırıblar. İmzalı müraciəti Sankt-Peterburqun Semenovski rayonunun bələdiyyə üzvü Kseniya Torstrem “Twitter”-də yayıb.

Bələdiyyə üzvü Nikita Yuferev “Euronews”a kiçik müsahibəsində nə üçün özünün və həmkarlarının Rusiya Prezidentini xəyanətdə ittiham etdikləri və istefa vermələrinin səbəblərindən danışıb.

- Moskvada bələdiyyə deputatları Vladimir Putinin istefaya göndərilməsi təşəbbüsünüzə qoşuldular. Onlarla əlaqə saxlamısınız, addımlarınızı əlaqələndirmisiniz?

- Yox, biz onlarla əlaqə saxlamamışıq və bu mövzunu da müzakirə etməmişik. Lomonosov dairəsinin həmin deputatlarından bu qərara səs verəni tanımırdım. Onların təbii ki, hüquqi baxımdan daha zərif mətni var, ümumiyyətlə, şikayət ediləcək bir şey yoxdur. O mənada ki, onları nəyisə gözdən salmaqda ittiham etmək olmaz. Sadəcə olaraq yazmışdılar ki, Vladimir Putin niyə Rusiyaya uyğun deyil və getməlidir.

Yeri gəlmişkən, Sankt-Peterburqun digər bələdiyyəsindən olan həmkarım Kseniya Torstrem (Semenovskaya bələdiyyəsi) Vladimir Putinin istefasının lehinə çıxış edən Sankt-Peterburq və Moskvanın 18 bələdiyyəsindən deputatların imzalarını dərc edib. İmzalar hələ də gəlir. O, onları yoxlayır, onlar həqiqi insanlar, əsl bələdiyyə üzvləridir.

- Vladimir Putinin istefaya getməsi və ya göndərilməsi üçün əsas arqumentləriniz hansılardır?

- O, hakimiyyətinin son 20 ilində Rusiyada, Rusiya iqtisadiyyatında, Rusiya siyasətində olan problemləri demirəm, Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirir. Amma əsas səbəb onun fevralın 24-də Ukraynada hərbi əməliyyata başladığı zaman verdiyi qərardır.

(Euronews)