“Oğrular ordusu” İran hakimiyyətinə aman vermir
Baş verənlərə görə məsuliyyəti “Army of Thieves” öz üzərinə götürüb
İsrailyönlü haker qrupu “Army of Thieves” (Oğrular ordusu) İran hökumətinin “irangov.ir” saytını sındırdığını açıqlayıb.
Sözügedən “irangov.ir” saytı yenidən ziyarətçilərin ixtiyarına verilib. Lakin o, həqiqətən bir müddət "çöküb" və sonra onun bölmələrinə giriş tədricən bərpa edilib.
Təkcə son bir ayda “Oğrular ordusu” İranın dəniz limanlarının vebsaytını, “Iran Press” onlayn nəşrini və iranpərəst “Moses Staff” haker qrupunun vebsaytını sındırmağa görə məsuliyyəti öz üzərinə götürüb.
(newsru.co.il)