Türkiyədə güclü parlayış: onlarla insan həyatını itirib
Hazırda xilasetmə işləri və yaralıların təxliyəsi davam edir
Dünən gecə Türkiyənin Bartın şəhərindəki kömür mədənində güclü partlayış baş verib. Son məlumatlara görə, partlayışda 30-a qədər insan həlak olub.
“Avronews” xəbər verir ki, hadisə barədə açıqlama verən səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, hazırda 15 işçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.
Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez isə öz növbəsində axtarış-xilasetmə əməliyyatları başa çatdıqdan sonra hadisənin səbəblərinin araşdırılacağını bildirib.