Virus yenidən Çini ağuşuna alır

Virus yenidən Çini ağuşuna alır

Pekində pandemiyanın başlanğıcından bəri sutkalıq maksimum koronavirusa yoluxanların sayı qeydə alınıb

Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi 1438 nəfərdə COVID-19-a yoluxma faktının təsdiqləndiyini açıqlayıb. Səlahiyyətlilər Pekin sakinlərinin noyabrın 24-dən ictimai yerləri ziyarət etmək üçün son 48 saat ərzində mənfi PCR testinə ehtiyac duyulduğunu bildiriblər.

Şəhər hələ də mühasirəyə alınmayıb, lakin ən böyük rayonunun - təxminən 3,4 milyon əhalisi olan Çaoyanqın sakinlərinə yaşayışyerlərini lazımsız yerə tərk etməmək tövsiyə edilib. Bütün yeni COVID-19 hadisələrinin yarısı Çaoyanqın payına düşür.

 (govoritmoskva.ru)