Qorbaçov öldü
O, uzun müddət ağır xəstəikdən əziyyət çəkirdi
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş katibi (1985–1991), SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov ölüb. “Avronews” rus mediasına istinadən xəbər verir ki, 92 yaşlı Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında keçinib.
SSRİ-nin keçmiş rəhbəri Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq, fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.