Putin SSRİ-nin daha bir ənənəsini qaytardı

Putin SSRİ-nin daha bir ənənəsini qaytardı

Onlara xüsusi status və bir milyon rubl mükafat veriləcək

On və ya daha çox uşaq dünyaya gətirən və böyüdənlər “Qəhrəman Ana” adını alacaqlar və bu, “Rusiya Qəhrəmanı” və digər yüksək titullarla bir tutlacaq. Bu haqda Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmana əsasən, “Qəhrəman Ana” adı təsis edib. Bu adı alanlar 1 milyon rubl məbləğində birdəfəlik ödəmə almaq hüququ qazanacaqlar.

“Rusiya Qəhrəmanı” və “Əmək Qəhrəmanı” titulları ilə yanaşı, “Qəhrəman Ana” titulu Rusiyanın ən yüksək titulları siyahısına daxil ediləcək.

“Qəhrəman Ana” adı onuncu uşaq doğulanda avtomatik olaraq verilməyəcək, yalnız onuncu uşaq bir yaşına çatdıqda və digər doqquz uşağın hamısının həmin anda sağ olması şərti ilə veriləcək. Sənəddə deyilir ki, ad verilərkən vətəni və ya onun mənafelərini müdafiə edərkən, mülki, xidməti və ya hərbi borcunu yerinə yetirərkən, terror aktları, fövqəladə hallar zamanı itkin düşmüş və ya həlak olmuş, bu şəraitdə mərmi zərbəsi, xəsarət, xəstəlik nəticəsində həlak olan uşaqlar nəzərə alınacaq.

Bundan əlavə, “Valideyn Şöhrəti” ordeni ilə təltif edildikdə, mükafatlandırılan valideynlərdən biri (və ya övladlığa götürən valideynlər) 200 min rubl alacaq.

Putin fərmanda yer alan yenilikləri iki aydan daha əvvəl - 1 iyun Uşaqların Müdafiəsi Günündə təklif edib. Prezident “Qəhrəman Ana” adının hələ SSRİ dövründə qüvvədə olduğunu və bu gün “çox böyük, çoxuşaqlı ailə ənənələrinin” getdikcə dirçəldiyini diqqətə çatdırıb.

“Bir qayda olaraq, həqiqətən böyük bir ailədə böyüyənlərə etibar edə bilərsiniz. Onlar nə dostunu, nə həmkarlarını, nə də vətənlərini məyus edəcəklər”, - deyə dövlət başçısı bildirib.

(RBC)