Türk ordusundan İstanbul terroruna tutarlı cavab
Qərbin Türkiyənin hava zərbələrinə mümkün etirazı olsa da, bunu açıq deyə bilməyəcək
Türkiyə hərbi hava qüvvələrinin Suriya və İraqın şimalında kök salan terrorçuların bazalarına hava zərbələri endirməsi gözlənilən idi. Terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər və anbarlar dağıdılıb.
Əlbəttə, Türkiyə il ərzində qurudan və havadan İraq və Suriyadakı PKK/YPG terrorçularına qarşı müxtəlif hərbi əməliyyatlar keçirib. Ancaq budəfəki əməliyyat bir az fərqli idi. Hazırkı əməliyyat PKK/YPG qruplaşmasının İstanbulın mərkəzində - İstiqlal caddəsində törətdiyi partlayışa tutarlı cavabdır.
ABŞ və Avropa ölkələrindən hər hansı birinin Türkiyənin hava zərbələrinə mümkün etirazı olsa da, bunu açıq deyə bilməyəcəklər. Çünki sözdə İstiqlal caddəsindəki terroru pisləyiblər, partlayışın arxasında isə PKK/YPG qruplaşmasının dayandığı sübut olunub.
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”