Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Qubernator: “Təhlükəsizlik tədbirləri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi üçün gecə-gündüz işləyirik”

Nyu-York ştatı meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Ştat administrasiyanın məlumatına görə, ABŞ-da hər dörd yoluxma faktından biri bu ştatın payına düşür.

“Nyu-York əyalətində meymunçiçəyi epidemiyası ilə bağlı son məlumatların təhlilindən sonra bu epidemiya ilə mübarizə səylərimizi gücləndirmək üçün fövqəladə vəziyyət elan edirəm”, - deyə qubernator Keti Hokul bildirib.

Ştat başçısı əlavə edib ki, onun komandası peyvəndlərin verilməsi, testlərin genişləndirilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi üçün gecə-gündüz işləyir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzinin məlumatına görə, Nyu-York ştatı ABŞ-da meymunçiçəyi xəstəliyinə ən çox rast gəlinən ştatdır. İyulun 29-na olan məlumata görə, 1345 xəstəliyə yoluxma halı müəyyən edilib. İkinci yeri 799 nəfərin xəstələndiyi Kaliforniya tutur.

Bundan əvvəl San-Fransiskoda meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin elan olunduğu bildirilirdi. Xəstəliyin təsdiqlənmiş 261 hadisəsi var. Şəhər rəsmiləri yaxın iki həftə ərzində yoluxmaların sayının artacağına inanırlar. Bununla belə, onlar vaksin çatışmazlığını qeyd edirlər.

(news.ru)