Sabah Böyük Britaniyanın yeni kralı elan olunacaq
Müqəddəs Ceyms Sarayında Çarlz yeni kral elan ediləcək
Dünyasını dəyişmiş Kraliça II Elizabetin oğlu Çarlz sentyabrın 10-da rəsmi şəkildə III Çarlz adı ilə kral elan olunacaq. “Avronews” xəbər verir ki, bu barədə Bukinqem Sarayı məlumat yayıb.
Məlumata görə, sentyabrın 10-u saat 10:00-da Müqəddəs Ceyms Sarayında Çarlz yeni kral elan ediləcək.
Xatırladaq ki, Böyük Britaniya Kraliçası II Elizabet 96 yaşında vəfat edib. 73 yaşlı Çarlz indiyədək Britaniya taxt-tacına keçən ən yaşlı varisdir.
Qeyd edək ki, Elizabet 1926-cı il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Georq və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. O, taxta 1952-ci il fevralın 9-da çıxıb.
2022-ci ilin iyununda II Elizabetin Britaniya taxtına çıxmasının 70 illiyi qeyd edilib. Onun idarəçiliyi dövründə Böyük Britaniyada Uinston Çörçilldən tutmuş Liz Trassa qədər 15 Baş nazir dəyişib.
İyulun əvvəlində məlum olub ki, II Elizabet öz vəzifələrinin bir hissəsini şahzadə Çarlza ötürəcək. Monarxın vəzifələrinin siyahısına düzəlişlər on ildə ilk dəfə edilib.