Rusiyaya Ukrayna “şilləsi”: baş konsulun parklama yerə mavi-sarıya boyandı

Rusiyaya Ukrayna “şilləsi”: baş konsulun parklama yerə mavi-sarıya boyandı

“Şəhər sakinləri bu addımı alqışlayırlar, 95 insan qərarı müsbət qarşılayır”

Finlyandiyanın Turku şəhərində çalışan rus diplomatları hər yerdə Ukraynadakı müharibənin izlərini görürlər. Belə ki, bu ölkənin cənub-qərb sahilində yerləşən şəhərdəki məşhur körpü Rusiyanın Ukraynaya təcavüzünün ilk günündən axşamlar Ukrayna bayrağının rənglərində işıqlandırılır və yerli sakinlərdən biri Rusiya Baş Konsulluğu yaxınlığındakı ağacdan Ukrayna bayrağını asıb.

Bir neçə gün əvvəl Rusiya Federasiyasının baş konsulunun dayanacaq yeri də Ukrayna bayrağının rənglərinə boyanıb.

Turku şəhər meriyasının kommunikasiyalar üzrə direktoru Saara Malila “Euronews”a açıqlamasında deyib: "Turku şəhəri Rusiya amansız müharibəsini davam etdirdikcə, Ukraynanı dəstəkləmək istəyir və dəstəkləməyə davam edəcək. Turku ukraynalılara fəal şəkildə kömək edir. Bu dəstəyin şəhərin özündə görünməsi vacibdir".

Malilanın sözlərinə görə, sakinlərin səfirin parkinq yerinin mavi və sarı rəngə boyanmasına reaksiyası çox müsbət olub: “İnsanlar bizə “Əla iş”, “Davam et!”, “Şəhərimlə fəxr edirəm” yazırdılar. Mediada vətəndaşların bu qərara münasibəti 95% müsbət olub. Yalnız bir neçəsi bunun həddən artıq ağ olduğunu və Rusiya ilə gələcək münasibətləri düşünməli olduqlarını dedilər”.

Finlandiyanın dördüncü ən böyük şəhəri olan Turkuda vətənlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara kömək etmək üçün park yerlərinin simvolik rənglənməsi, bayraqların asılması və işıqlandırılmasından kənara çıxan bir fəaliyyət planı hazırlayıb. Mənzil, yemək, məktəb yerləri və digər yardımlara ehtiyacı olan qaçqınların ehtiyacları üçün 150 min avro ayrılıb.

Turku həmçinin Rusiya gəmilərinin öz limanına daxil olmasına icazə vermədi və rəsmilər Leninin büstünü şəhərin mərkəzindən götürdülər. Bununla bərabər, Rusiya Prezidenti Vladimir Putinin 2013-cü ildəki səfərinin xatirə lövhəsini yığışdırdılar.

Sankt-Peterburqda iki şəhər arasında əlaqələri təşviq edən Turku Evi fevral ayından etibarən bağlanıb və qardaşlaşma müqaviləsi ləğv edilib. Peterburq əvəzinə Xarkov Turkunun qardaş şəhərinə çevrilib.

Rusiyanın Finlandiyanın paytaxtı Helsinkidə böyük səfirlik kompleksi, Turku və Aland adalarında baş konsulluqları var.

Finlandiyadakı rus diplomatları hələlik baş konsulun parkinq yerinin yeni rəngləri və ya Finlandiyanın Ukraynaya dəstəyini göstərən hər hansı digər vizual xatırlatmalardan şikayət etməyiblər.

“Rusiyanın Ukraynaya hücumundan sonra heç bir müraciət olmayıb”, - deyə Saara Malila bildirib.

Oktyabrın 21-də Finlandiya parlamentinin üzvü və müxalifətdəki Xristian Demokratlar Partiyasının keçmiş sədri Paivi Rasanen hökumətə Rusiya Federasiyasının Aland adalarındakı konsulluğunun bağlanmasını təklif edib. Turkudakı diplomatik qurumla bağlı oxşar müraciəti daha əvvəl şəhərin meri Minna Arve də etmişdi. Finlandiya Xarici İşlər Nazirliyi hələlik baş konsulluğu bağlamağı planlaşdırmadıqlarını bildirib.

(Euronews)