“ABŞ artıq lağ edilən, gülüş hədəfi olan bir ölkəyə çevrilib” – TRAMP

“ABŞ artıq lağ edilən, gülüş hədəfi olan bir ölkəyə çevrilib” –

Keçmiş Prezident: “Biz indi azad sözün qadağan edildiyi, cinayətin tüğyan etdiyi, iqtisadiyyatın çökdüyü bir ölkəyik”

ABŞ SSRİ-nin taleyi ilə təhdid edilən, çöküş yaşayan dövlətə çevrilib. Bunu Vaşinqtondakı çıxışı zamanı keçmiş Prezident Donald Tramp deyib.

“Biz heç vaxt ölkəmizi parçalayan zorakılıqlara susmağa imkan verməməliyik. Bütün doğru şeyləri söyləmək üçün cəsarət göstərməyin və Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmağın vaxtıdır”, - deyə o bildirib.

Tramp fikirlərinə belə davam edib:

“Tariximizdə ilk dəfədir ki, belə bir hadisə baş verir, heç vaxt belə bir şey olmayıb. Biz küçə zorakılığının qurbanlarına, öz ailələrimizə və ölkəyə borcluyuq. Doğru şeyi etmək vaxtıdır. “Make America Great Again” (Yenidən Amerikanı Güclü Edək) hərəkatının üzvləri əmindirlər ki, hər bir vətəndaş, incəliklərindən asılı olmayaraq, zorakılıq ehtimalına bir saniyə də yol vermədən, istənilən yerdə və istənilən vaxt bu ölkənin küçələrində sakitcə gəzməyi bacarmalıdır. Təhlükəsizlik yoxdursa - azadlıq yoxdur və deməli, ölkə yoxdur.

İnsanlara böyük şəhərlərin və doğrudan da, bütün yaşayış məntəqələrinin küçələrini şpris və narkotiklərlə doldurmağa icazə verilsə, bundan yaxşı heç nə gəlməyəcək. Bütün ölkənin mənafeyi naminə evsizlər sığınacaqlara, ruhi xəstələr ixtisaslaşdırılmış müəssisələrə, evsiz narkomanlar isə reabilitasiyaya, lazım gələrsə, həbsxanaya göndərilməlidir. Onlar şəhərlərimizi, çoxlu şəhərləri tutdular. Üstəlik, bir çoxunuz üçün fəlakətin miqyası hələ də anlaşılmazdır. Parklarımızı, səkilərimizi dəli və xəstə insanların zəbt etməsinə icazə vermək dəhşətli qərardır. Bu, bir problemdir.

Öz övladlarını qorumaqdan boyun qaçıran cəmiyyət tezliklə heç kəsi qoruya bilməyəcək. Bu, ciddi şəkildə mübarizə aparılmalı olan mədəni və sosial tənəzzülün əlamətidir. Çox tezliklə, artıq hərəkətə keçmək üçün illərlə gözləməyə vaxtımız olmayacaq. Uşaq bağçalarına seksual kontent verən və uşaqların cinsi yetişkənliyini bloklayan axmaqlar bu dərmanların əslində nə olduğunu belə, anlamırlar. Yeri gəlmişkən, mən də bilmirəm. Zaldakı gülüşlərə baxanda auditoriyanın çoxunun da xəbərsiz olduğunu başa düşürəm. Bir sözlə, bu insanlar pislik yayırlar. Onlar qanunu pozurlar və ona görə də bütün ağırlığı ilə cavab verməlidirlər.

Yeri gəlmişkən, biz təcili olaraq kişilərin qadın idman komandalarında oynamasını qadağan etməliyik. Bu, qadınlara qarşı inanılmaz hörmətsizlikdir. Proqresçilər bu cür bəyanatları siyasi cəhətdən düzgün olmayan kimi qələmə verirlər, amma axı biz qadınlara hörmətsizlikdən danışırıq. Dəhşətli və ədalətsizdir.

Nəhayət, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün sərhəddə asayişi bərpa etməliyik. İndi orada tarixdə olmayan bir hadisə baş verir. Açıq sərhədlər narkotik alverçilərinin, uşaq tacirlərinin, qaçaqmalçıların və on minlərlə təhlükəli cinayətkarın ölkəmizə sızdığı bir boşluq yaradır. On minlərlə insandan danışarkən bir həftəlik statistikanı nəzərdə tuturam.

Mən bunu Amerika üçün edirəm. Bu, mənim üçün şərəfdir. Yüksək şərəf. Çünki bunu etməsəm, ölkəmiz başqa bir Venesuela və ya başqa bir Sovet İttifaqına çevrilməyə məhkumdur. Biz bu istiqamətdə irəliləyirik. Sadəcə xəbərlərdə dediklərinə qulaq asın. Biz hər şeyin itirildiyi və ən yaxşısına ümidin olmadığı çox böyük miqyaslı Kubaya çevrilmək təhlükəsi qarşısındayıq. Amma korrupsioner radikallara qarşı nə qədər güclü və qüdrətli olsaq da, nə qədər böyük təhlükə törətsələr də, unutmamalıyıq ki, bu ölkə onlara deyil, Amerika xalqına məxsusdur. Bizim əlimizdə Amerika vətənpərvərlərinin çoxlu nəsillərinin təri, qanı və göz yaşları ilə və çox vaxt öz həyatları bahasına qurulan azad və fəzilətli, dünyada tayı-bərabəri olmayan bir ölkə var.

Amma indi biz çöküşə gedən dövlətə, uğursuz ölkəyə çevrilmişik. Biz son 49 ildə ən yüksək inflyasiyaya və 1972-ci ildən bəri ən pis yarımillik birja performansına malik ölkəyik. Biz tarixdə ən yüksək enerji qiymətinə malik ölkəyik. Biz cəmi iki il əvvəl öyünə bildiyimiz enerji müstəqilliyini və hökmranlığı itirmişik. Ağlasığmazdır!

Biz Venesueladan, Səudiyyə Ərəbistanından və bir çox başqalarından neft dilənməyə məcbur olan bir ölkəyik. "Zəhmət olmasa, xahiş edirəm, bizə kömək edin" deyir Co Bayden. Amma ayaqlarımızın altında dünyanın hər hansı bir ölkəsindən daha çox maye qızıl var. Biz ultra-solçular tərəfindən lobbiləşdirilən Yeni Yaşıl Kursa bağlı bir ölkəyik. Ancaq hamı bilir ki, Yeni Yaşıl Kurs bizi heç bir yaxşı yerə deyil, məhvə aparır.

Biz Əfqanıstanı təslim edən, çoxlu ölü əsgərləri, Amerika vətəndaşlarını və 85 milyard dollar dəyərində dünyanın ən yaxşı hərbi texnikasını qoyub gələn ölkəyik.

Biz Rusiyaya Ukrayna ilə münaqişə açmağa icazə verən ölkəyik. Mən sizin Ali Baş Komandanınız olsaydım, heç vaxt belə olmazdı. Heç vaxt! Çünki əvvəlki vəzifəmdə belə olmayıb. Və növbədə, yeri gəlmişkən, Çin və Tayvandır.

Biz bir ölkəyik ki, öz hüquq-mühafizə orqanlarımızı görünməmiş dərəcədə silahlandırmışıq ki, cəmi bir müxalifət siyasi partiyasına qarşı dursun. Bu, əvvəllər heç vaxt olmamışdı.

Biz artıq azad və ədalətli mətbuata malik olmayan bir ölkəyik. Hər yanda saxta xəbərlər var ki, onları yayanlar əsl xalq düşmənləridir.

Biz indi azad sözün qadağan edildiyi, cinayətin tüğyan etdiyi, iqtisadiyyatın çökdüyü və 2021-ci ildə 2020-ci ilə nisbətən daha çox insanın COVID-dən öldüyü bir ölkəyik.

Cəmi iki il əvvəl nə İran, nə Çin, nə Rusiya, nə də Şimali Koreya bizə qarşı belə bir şey etmişdi. Bunu hamı bilir, xüsusən də bu ölkələrin rəhbərləri. Bəlkə də, ən əsası, biz dünyada artıq heç kimin dinləmədiyi, hörmət etmədiyi bir ölkəyik. Biz bir çox cəhətdən lətifələr mövzusuna çevrilmiş bir ölkəyik.

Biz azadlığa, inanca düşmən münasibət bəsləyən bir ölkəyik.

İqtisadiyyatı hər iki ayağı ilə axsayan, anbarları dolu olmayan, tədarük zəncirləri pozulan, bütün siyahılarda təhsil sistemi aşağıdan birinci yerdə olan bir ölkəyik.

Bunun davam etməsinə imkan verməyəcəyik. İki il əvvəl hər şey yaxşı idi və heç bir qoxu belə, yox idi. Ölkənin əzəməti misilsiz idi, biz Çini ötüb keçdik, elə yüksəkliklərə çatdıq ki, çinlilərin ağlına da gəlmirdi. Çin həmişə dünyanın ən böyük iqtisadiyyatına çevriləcəyini düşünürdü, lakin 2018-2019-cu illərdə onlar bizim yanımızda belə, deyildilər. Bu qədər irəliyə gedəcəyimizi gözləmirdilər.

Tezliklə əvvəlki şöhrətimizi bərpa edəcəyik. Mən bütün qəlbimlə və canımla əminəm ki, Amerika xalqı tənəzzülə uğramış ölkənin taleyini, bütün cəbhələrdə demoralizasiya və məğlubiyyəti rədd edəcək. İnanıram ki, biz bir araya gəlib ölkəmizi əvvəlkindən daha müstəsna bir şeyə çevirərək yenilənməyi və bərpa etməyi seçə bilərik. İnanıram ki, biz bunu edə bilərik”.

(inosmi.ru)