Moskvadan etiraf: 63 hərbçimiz öldürülüb
Ukrayna ordusu rusların mövqelərinə HIMARS reaktiv yaylım atəş sisteminin altı raketi ilə zərbə endirib
Ukrayna ordusu işğal altındakı Donetsk vilayətinin Makeyevka şəhərinə raket zərbələri endirib. “Avronews” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qondarma “Donetsk Xalq Respublikası”nın Makeyevka yaşayış məntəqəsi ərazisində Rusiya silahlı qüvvələrinin bölmələrindən birinin müvəqqəti yerləşdirilmə məntəqəsinə ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sisteminin altı raketi ilə zərbə endirilib: “Müvəqqəti dislokasiya məntəqəsinin yüksək partlayıcı döyüş başlığına malik dörd raketin zərbəsi nəticəsində 63 rusiyalı hərbçi həlak olub”.