Avropa odun sobasına qayıdır: “İnsanlar odun almaq üçün yalvarırlar”

Avropa odun sobasına qayıdır: “İnsanlar odun almaq üçün yalvarırlar”

“Biz Putinin İsveç ailələrini və şirkətlərini girov saxlamasına icazə verməyəcəyik” – Baş nazir

İsveç hökuməti “vətəndaşları elektrik enerjisinin yüksək qiymətlərindən qorumaq üçün”, təxminən 3 milyard avro xərcləyəcək. Bunu ölkənin Baş naziri Maqdalena Andersson deyib.

Pul həm ev təsərrüfatlarına birbaşa kompensasiya ödənilməsinə, həm də dolayı qiymətlərin azaldılması mexanizmlərinə sərf olunacaq.

İsveç Nazirlər Kabinetinin rəhbəri enerji böhranını Rusiyanın addımları ilə izah edir: “Bizim mesajımız budur: Putinin İsveç ailələrini və şirkətlərini girov saxlamasına icazə verməyəcəyik”.

Baş nazirin bu addımı tənqid edənlər qeyd edirlər ki, bu elan seçki kampaniyası zamanı verilib və birbaşa kompensasiya insanları enerjiyə qənaət etməkdənsə, daha çox xərcləməyə sövq edir.

Bir çox isveçlilər hazırda həll yolunu soba quraşdırmaqda və odun istiliyinə keçiddə görürlər.

“Tələb böyükdür. Mən gündə yüzə qədər zəng alıram. İnsanlar yalvarırlar ki, onlara odun satsınlar. Bütün yay boyu gündə 5 min avro qazanıram”, - deyə odun satıcısı Anders Larsson bildirir.

Ancaq burada da Rusiya amili var: İsveç oradan xeyli miqdarda odun idxal edirdi. İndi tədarüklər dayandı, birbaşa supermarketdən almaq mümkün olan bağlamalar rəflərdən itdi və alıcılar birbaşa odun tədarükçülərinin yanına getməli oldular.

(Euronews)