“Vaqner” transmilli cinayətkar təşkilat elan edildi
Şirkətə və onun müttəfiqlərinə qarşı yeni sanksiyalar tətbiq ediləcək
ABŞ Maliyyə Departamenti Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətini transmilli cinayət təşkilatı elan edib.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlama verib.
“Növbəti həftə Maliyyə Departamenti “vaqnerçi”lərə və onun qlobal müttəfiqlərinə qarşı yeni sanksiyalar tətbiq edəcək”, - deyə Kirbi bildirib.
(CNN)