ABŞ döyüş gəmiləri İrana doğru
Amerika bazalarındakı təyyarələrə yüksək hazırlıq əmri verilib
“Tehran rejiminin Səudiyyə Ərəbistanına hücum hazırlığı xəbərindən sonra ABŞ İrana döyüş təyyarələri göndərib”, – deyə “Washington Post” yazır.
Qəzet qeyd edir ki, kəşfiyyatın xəbərdarlığına görə, İran ballistik raketləri və dronları ilə Səudiyyədəki hədəflərə qaçılmaz hücumlara hazırlaşır. Fars körfəzində yerləşən ABŞ bazalarındakı təyyarələrə yüksək hazırlıq əmri verilib.
“Washington Post” daha sonra qeyd edir ki, Pentaqonun həyəcan təbili çalması ABŞ ilə Səudiyyə arasındakı tərəfdaşlığın illüstrasiyasıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani Çafi isə Qərbin vəziyyəti qəsdən gərginləşdirdiyini və Tehranın heç bir hücum planlaşdırmadığını söyləyir.
Çafinin özü də yaxşı bilir ki, dünya nə İranın dediklərinə inanır, nə də Rusiyanın. Çünki nə deyirlərsə, tərsi olur.
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”