“İranla yeni nüvə sazişi imzalanmayacaq”

“İranla yeni nüvə sazişi imzalanmayacaq”

İsrail mətbuatı: Vaşinqton Tel-Əvivə təminat verib

İsrailin “zman.co.il” saytı iddia edir ki, Vaşinqton Yair Lapid hökumətinə İranla yeni nüvə sazişi olmayacağı barədə məlumat verib və məsələ gündəmdən çıxarılıb. Nəşr yazır ki, bu barədə Lapidin Co Bayden və digər rəsmilərlə son söhbətlərinin birində deyilib.

İsrail nəşrinin bu məlumatından “Bloomberg” də daxil olmaqla, aparıcı Amerika nəşrləri tərəfindən sitat gətirilib.

Bundan əvvəl KİV-lər yazırdı ki, Ağ Ev Tehranın nüvə sazişi imzalamaq üçün əsas şərtlərindən birinə əməl etməkdən və İranın rəsmi nüvə obyektləri siyahısına daxil edilməyən zavodlarda uran qalıqlarının aşkarlanması ilə bağlı MAQATE-nin araşdırmalarını dayandırmaqdan imtina edib.

Sentyabrın 5-də MOSSAD-ın rəhbəri Devid Barnea Tehranla razılaşmanı müzakirə etmək üçün ABŞ-a uçub.

(newsru.co.il)