Təbiətə qarşı mübarizə: qələbə utopiyadır?

Təbiətə qarşı mübarizə: qələbə utopiyadır?

Əhali köçürülməyə qarşıdır, yurdlarını tərk etməyə deyil, riskə üstünlük verirlər

Ekstremal hava hadisələri tez-tez baş verir və onların nəticələri daha dağıdıcı olur. Bu yaxınlarda İskiya adasında baş verən sürüşmə son nümunələrdən biridir.

Müxbirimiz Monika Pinna Avropa şəhərlərinin iqlim dəyişikliyi təhlükələrinə necə uyğunlaşdığını öyrənmək üçün İtaliya, Almaniya və Fransaya səfər edib.

Qanunsuz mənzil və sıfır texniki dəstək

Keçən ilin noyabrında İskiya adasındakı Casamicciola Terme bələdiyyəsində baş verən sürüşmə 12 nəfərin həyatına son qoydu. Beş yüz nəfər sakin təxliyə edilib. Bəziləri hələ də çoxlu evlərin qanunsuz tikildiyi təbii risk zonasında yaşamaq hüquqlarını müdafiə edirlər.

Faktla bağlı araşdırma aparılır. Mütəxəssislərin fikrincə, yağışların rekord səviyyədə olması ilə birlikdə yağış sularının idarə olunması sisteminin texniki xidmət göstərilməməsi fəlakəti izah etmək üçün əsas hesab edilməlidir.

“Selin qarşısını almaq mümkün deyil”

Keçən il Almaniyanın Axr çayının vadisində daşqınlar 130-dan çox insanın ölümünə səbəb olmuşdu. Dağılmış minlərlə evdən yalnız 34-ü bərpa edilməyəcək. Yerli əhali evakuasiyaya qarşıdır, köçürmədənsə riskə üstünlük verir.

Mütəxəssislərin fikrincə, çay yatağının idarə olunması sakinləri qorumaq üçün çox vacibdir. Kölndəki su qurğularının meneceri Patrick Kluding deyib ki, selnin qarşısını almaq mümkün deyil, lakin zərəri azaltmaq olar.

Son otuz ildə şəhər dünyanın ən qabaqcıl daşqın proqnozlaşdırılması və qarşısının alınması sistemlərindən birini inkişaf etdirib. Köln mütəxəssisləri mobil mühafizə sisteminin köməyi ilə Reyn çayını nəzarətdə saxlayırlar - söhbət suyun yayılması üçün əsas nöqtələrdə yıxılan maneələrin sürətlə yerləşdirilməsindən gedir.

Hündürlükdə sığınacaq

2010-cu ildə Fransanın qərbindəki La Faute-sur-Merdə 29 nəfərin ölümünə səbəb olan “Xynthia” qasırğasından sonra hakimiyyət şəhərləri iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün mürəkkəb sistem hazırlayıb. Yerdən yuxarı qaldırılmış sığınacaqlar və bəndlər şəbəkəsi, borulardakı klapanlar, üstəlik yeni tikinti kodları - bu, qəbul edilən qərarların tam siyahısı deyil.

"Yuxarıya çıxmaq üçün salona enmək lazım idi və su durmadan gəlirdi", - deyə seldə ərini və nəvəsini itirmiş yerli sakin Elizabet xatırlayır.

İndi yerli sakinlərdən evlərini sığınacaq kimi xidmət edə biləcək üst tikili ilə təchiz etmək tələb olunur, hakimiyyət bu məqsədlə subsidiyalar ayırır. Ümumilikdə Vendee Departamenti daşqınlara qarşı mübarizəyə 100 milyon avroya qədər sərmayə qoyub.

Görünür, Avropa şəhərləri baş verən faciədən sonra qoruyucu tədbirlər həyata keçirməkdə hələ də zamanla yarışı uduzurlar.

(Euronews)