Təxliyə avtobusu Qaziantepdən Bakıya yola düşəcək

Təxliyə avtobusu Qaziantepdən Bakıya yola düşəcək

Bir qrup azərbaycanlı zəlzələ bölgəsindən təxliyə olunacaq

Bu gün bir qrup azərbaycanlı Türkiyənin Qaziantep şəhərindən Azərbaycana təxliyə olunacaq.

“Avronews” bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinə istinadən xəbər verir.

Məlumata görə, təxliyə avtobusu bu gün, fevralın 9-u saat 14:00-də Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.