“Azərbaycanlı qardaşlarımız bizi tək qoymadılar” – ƏRDOĞAN

“Azərbaycanlı qardaşlarımız bizi tək qoymadılar” –

Türkiyə Prezidenti: “Azərbaycan dövlətinə, xalqına minnətdarlıqlarımızı bildiririk”

“İlham qardaşıma, Mehriban xanıma öz adımdan, millətim adından çox-çox təşəkkür edirəm”.

“Avronews” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep hava limanında azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

“Biz Qarabağda azərbaycanlı qardaşlarımızla necə bərabər idiksə, azərbaycanlı bacı-qardaşlarımız da bu çətin günümüzdə bizimlə bərabərdir. Onlar bizi bu çətin günümüzdə tək qoymadılar. Ailəm adından, bütün millətim adından Azərbaycan dövlətinə, xalqına minnətdarlıqlarımızı bildiririk. Biz bu gün də bərabərik, ölənə qədər də bərabər olacağıq, İnşallah. Bizim şüarımız “Bir millət, iki dövlət”dir. Elə bu şüarla da yorulmadan yolumuza davam edəcəyik”, - deyə Ərdoğan bildirib.