Türkiyədə 7 günlük matəm elan edildi
Ərdoğan: “Bayrağımız ölkəmizdə və xarici nümayəndəliklərdə yarıya qədər endiriləcək”
Türkiyədə baş verən zəlzələ qurbanlarının xatirəsi ilə əlaqədar 7 günlük matəm elan olunub. “Avronews” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar verib.
“2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü ilə qədər bütün ölkəmizdə və xarici nümayəndəliklərdə yarıya qədər endiriləcək”, - deyə Ərdoğan bəyan edib.