“Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik”

“Azərbaycanın müdafiə ehtiyaclarını qarşılaya bilirik”

Hulusi Akar: “Ən qısa zamanda milli qırıcı təyyarəmizi və tankımızı da istehsal edəcəyik”

“Bu gün Türkiyə olaraq Azərbaycan, Liviya və Şimali Kipr Türk Respublikası kimi dost və müttəfiq ölkələrin müdafiə ehtiyaclarını qarşılaya bilirik. Türkiyənin region və dünyada təhlükəsizliyi təmin edən ölkəyə çevrilməsinin əsas səbəblərindən biri milli müdafiə sənayesini inkişaf etdirməsidir”.

“Avronews” Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar “SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində çıxışı zamanı səsləndirib.

“Ölkəmiz bu sahədə bir çox ilkə imza atıb. Artıq öz silahlarımızı, pilotsuz uçuş aparatlarımızı, helikopter, raket və gəmilərimizi istehsal edən ölkəyik. Ən qısa zamanda milli qırıcı təyyarəmizi və tankımızı da istehsal edəcəyik”, - deyə Akar bildirib.