Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub

Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub

Açılışı Azərbaycan və Türkiyə liderləri ediblər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. “Avronews” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Ardınca Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Açılışı Azərbaycan və Türkiyə liderləri edərək, hava limanının rəsmi açılışını bildirən rəmzi qırmızı lenti kəsiblər.