Türk ordusu PKK-ya daha dağıdıcı zərbələr endirəcək

Türk ordusu PKK-ya daha dağıdıcı zərbələr endirəcək

Kandil qruplaşması İstanbul terroruna görə daha çox itki verəcək

İstanbuldakı terroru PKK-nın törətdiyi təsdiqləndi. PKK təsis edildiyi 1984-cü ildən bu yana minlərlə insanı qətlə yetirib. Türkiyə ordusu və polisi son illərdə həm ölkə daxilində, həm də kənarda PKK və bu terrorçu təşkilatın uzantılarına öldürücü zərbələr endirib və bu mübarizə tam gücüylə davam edir.

Türkiyə polisi son bir ildə yüzlərlə terror aktının qarşısını alıb. Ancaq terrorla mübarizədə 100 faiz müsbət nəticə əldə etmək çətindir. PKK-nın Türkiyənin müxtəlif şəhərlərində hələ də yatmış hücrələri mövcuddur, gərəkli bildiyi halda onlara hərəkətə keçmək üçün əmr verirlər.

İstanbulun mərkəzində terror partlayışından sonra Türkiyə ordusunun PKK-nın Suriya və İraqdakı məntəqələrinə həmişəkindən daha da dağıdıcı zərbələr endirəcəyi şəksizdir. Çünki İstanbulda terror əmrini, böyük ehtimalla, PKK-nın Kandildəki qruplaşması verib. Ancaq onlar da anlamamış deyillər ki, bu terrora görə daha çox itki verəcəklər.

Müəllif: Elxan Şahinoğlu (politoloq)

Mənbə: “Facebook”