İrəvanda partlayış: ölən və yaralananlar var

İrəvanda partlayış: ölən və yaralananlar var

Yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb

Ermənistanın paytaxtı İrəvanda "Surmalu" Ticarət Mərkəzində partlayış baş verib. “Avronews” erməni mətbuatına istinadən xəbər verir ki, partlayış və ondan doğan yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.

Şahidlər dağıntılar altında insanların qaldığını bildiriblər. İlkin versiyaya görə, pirotexnik malların yerləşdiyi mağazanın yerləşdiyi bina çöküb.

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.