“Azərbaycan Ombudsmanı Qarabağ ermənilərinin hüquqlarını müdafiə etməlidir”

“Azərbaycan Ombudsmanı Qarabağ ermənilərinin hüquqlarını müdafiə etməlidir”

Azay Quliyev: “QHT və könüllülərin təşkil etdiyi etiraz aksiyası artıq öz effektini verməyə başlayıb”

“Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üztərəfli görüş keçirilməli idi. Sülh müqaviləsi müzakirə ediləcəkdi. Amma Ermənistanın xarici işlər naziri bundan imtina edib”.

“Avronews” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev səsləndirib.

“Hesab edirəm ki, bunun səbəbi son vaxtlar baş verənlərdir. Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı istədiyini əldə etmədiyinə görə narahatdır. Ona görə də sülh danışıqlarını pozmaqla məşğuldur”, - deyə o bildirib.

Quliyev hesab edir ki, QHT və könüllülərin təşkil etdiyi etiraz aksiyası artıq öz effektini verməyə başlayıb: “Artıq kriminal ünsür olan separatçı Ruben Vardanyanın ora niyə getdiyi ifşa edilib. Qarabağ ermənilərindən dəstək ala və revanşistləri Xankəndiyə gətirə bilməyən Vardanyan dekabrın 17-nə təyin etdiyi mitinqi də təxirə saldı. Xankəndidəki ermənilər Ermənistan polisinin təzyiqlərinə, zorakılığına məruz qalırlar. Məncə, Azərbaycan Ombudsmanı Qarabağdakı ermənilərin hüquqlarını müdafiə etməlidir və bunu bütün dünya görməlidir”.