Sülhməramlıların Qarabağda qalma müddəti uzadılmamalıdır
“Rusiya” və “sülhməramlı” anlayışları tamamilə bir-birinə ziddir
Sülh sazişinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, rus qoşunlarının Qarabağdakı sülhməramlı missiyasının vaxtı 2025-ci ildə bitməlidir və mandatlarının müddəti uzadılmamalıdır.
2020-ci ilin noyabr ayının 9-dan 10-a keçən gecə imzalanan Bəyannaməyə sülhməramlılarla bağlı maddənin əlavə edilməsi situativ hadisə idi. Amma bundan sonra Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir. Beləliklə, Rusiya da istədiyi vaxt Ermənistandan Qarabağa mitinq üçün adam gətirib Azərbaycana təhdid mesajı ötürməməlidir.
Ümumiyyətlə, “Rusiya” və “sülhməramlı” anlayışları tamamilə bir-birinə ziddir. Rusiya nə Suriyada, nə Ukraynada, nə də Azərbaycanda sülhməramlı missiyasını həyata keçirə bilib.
Azərbaycan indidən addımlarını həm beynəlxalq masada, həm də hərtərəfli istiqamətdə səfərbər etməlidir. Mən Rusiya qoşunlarının Azərbaycan ərazisində qalmasının tərəfdarı deyiləm.
Müəllif: İqbal Ağazadə (Ümid Partiyasının sədri, sabiq deputat)
Mənbə: “Facebook”