Kəlbəcərdə mina partlayışı: 7 nəfər yaralanıb, 1 hərbçi həlak olub

Kəlbəcərdə mina partlayışı: 7 nəfər yaralanıb, 1 hərbçi həlak olub

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır

Kəlbəcərdə mina partlayışı baş verib. “Avronews” xəbər verir ki, bununla bağlı Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Rəsmi məlumata görə, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.