Bakıda Avropa ölkələrinin bayraqları yarıyadək endirildi
Səfir: “Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”
Bakıda bəzi Avropa İttifaqı ölkələrinin bayraqları Türkiyədə baş vermiş dəhşətli zəlzələyə görə yarıya qədər endirilib. “Avronews” xəbr verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Twitter”də məlumat paylaşıb.
“Həmrəylik nümayiş etdiririk. Bu gün Bakıda Avropa İttifaqı, Almaniya, Niderland, İsveç, Belçika, Estoniya, Latviya səfirliklərinin bayraqları yarıya qədər endirilib. Düşüncələrimiz və dualarımız dağıdıcı zəlzələdən zərər çəkənlərlədir”, - deyə səfir yazıb.