Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb
İranda rejim dəyişməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil
İranla münasibətlərin elə bir nöqtəsinə gəlib çıxmışıq ki, bundan sonra hətta sözdə belə, normal mehriban qonşuluq münasibətlərin davamı çətin olacaq. Tehran Azərbaycanla münasibətlərdə bütün qırımızı çizgiləri aşıb, bu ölkənin rəsmilərinin, diplomatlarının, deputatlarının və hərbçilərinin Azərbaycan əleyhinə davamlı açıqlamaları, sərhəddə hərbi təlimlər, qonşu ölkənin kəşfiyyat strukturlarının Azərbaycan ərazisində artan fəallığı və digər faktlar iki ölkə arasındakı münasibətlərdə dərin çat yaradıb.
Rəsmi Bakı da təxribatları cavabsız qoymayıb. Prezident İlham Əliyevin “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyi diqqət mərkəzimizdədir” açıqlaması, azərbaycanlı deputatların İranın təxribatlarına adekvat cavabları, Güney Azərbaycan mövzusunun aktuallaşması, hətta Azərbaycan Dövlət Televiziya kanalında bununla bağlı reportajların yayımlanması və Azərbaycan ərazisində İran kəşfiyyatına bağlı şəxslərin həbs edilməsi buna misaldır.
İranda rejim dəyişməyənə və ya Tehranın xarici, o cümlədən təhlükəsizlik siyasətində köklü dəyişikliklər baş verməyənə qədər iki ölkə arasındakı münasibətlərin normallaşması mümkün deyil.
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”