Laçın şəhərində Azərbaycan bayrağı - VİDEO

Laçın şəhərində Azərbaycan bayrağı -

Ordu korpusunun komandiri Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə edib

Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. “Avronews” xəbər verir ki, ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

“Möhtərəm Prezident! Cənab Müzəffər Ali Baş Komandan! Əmrinizə əsasən, Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus yaşayış məntəqələrini tam nəzarətə götürdü. Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”, - deyə məruzədə bildirilib.