Malıbəyli və Quşçularda özünüzü çox yormayın
Erməni separatçıları bu kəndlərin işğalında rus qoşunları ilə birgə hərəkət ediblər
Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 31 il keçib. Xankəndidən cəmi 3 kilometrdən də az məsafədə olan bu kəndlər 1992-ci il 11 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Erməni separatçıları Xocalıdan əvvəl bu kəndlərin işğalında Rusiyanın 366-cı alayı ilə birgə hərəkət ediblər. İşğal zamanı düşmən qüvvələrlə qeyri-bərabər döyüşdə onlarla kənd sakini həlak olub. İşğalçılar mülki insanları da qətl ediblər.
Malıbəyli və Quşçular kəndi işğal altındadır. Separatçılar Malıbəylidə müxtəlif məqsədlər üçün tikinti işləri aparırlar. Rusiya hərbi kontingentini yola saldıqdan sonra Şuşanın Malıbəyli və digər kəndlərini azad edərək keçmiş sakinlərin geri qayıdışı təmin edilməlidir.
Bakıdan ermənilərə indidən mesajlar bu yöndə olmalıdır ki, Malıbəyli, Quşçular, Xocalı və azərbaycanlıların yaşadıqları məntəqələrdə özlərini çox yormasınlar.
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”