“Ermənistanın cəzasızlığına son verilməlidir” – Azərbaycan XİN
“Bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi”
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" hesabında Bərdənin bombalanması ilə bağlı paylaşım edilib. “Avronews” paylaşımın mətnini təqdim edir:
“İki il öncə, 27-28 oktyabr tarixlərində Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. 2 yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi. Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı cəzasızlığına son verilməlidir”.