“BMT TŞ-nin ikili standartların girovuna çevrilməsi təəssüf doğurur” – BƏYANAT
Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bəyanat yayıblar
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.
“Avronews” bəyanatı təqdim edir:
“Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyasının 2022-ci il dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi, müzakirələrin yerdə real vəziyyəti əks etdirməməsi ilə bağlı təəssüfümüzü ifadə edirik.
Ermənistan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın bu platformadan birtərəfli şəkildə sui-istifadə etmələri, beynəlxalq ictimaiyyəti çaşdırmaları və çirkin propaqanda aparmaları qəbuledilməzdir. Bu kimi arzuolunmaz cəhdlər regionda davamlı sülhün əldə olunmasına xidmət etmir, əksinə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan, Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları da qəsdən yerli əhalini öz siyasətlərinin girovuna çevirir və onların Azərbaycan tərəfi ilə təmaslarına imkan vermir, süni “humanitar fəlakət” ab-havası yaratmağa çalışırlar.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında tamamilə əsasız şəkildə Ermənistanın Azərbaycanın suveren əraziləri haqqında iddialarla çıxış etməsi qəbuledilməzdir və bu cür yanaşma Təhlükəsizlik Şurasının təməl prinsiplərinə ziddir.
Bir daha bildiririk ki, etiraz aksiyası dinc xarakter daşıyır və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ətraf mühitə bərpa olunması mümkün olmayan zərərin vurulmasına son qoyulması istiqamətində şüarlar səsləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin haqlı narahatlığımızı nəzərə almamasını vətəndaş cəmiyyətinə sayğısızlıq, qərəzli münasibət və selektiv yanaşma kimi dəyərləndiririk.
Təəssüflə vurğulamaq istəyirik ki, dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurum kimi BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrilməsi təəssüf doğurur.
Etiraz aksiyasının keçirildiyi yerdən medianın, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin verdiyi məlumatlardan aydın görünür ki, humanitar yük, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım və digər humanitar nəqliyyat vasitələri sərbəst hərəkət edə bilir və bunun üçün aksiya iştirakçıları tərəfindən hər bir şərait yaradılır. Həmçinin ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin humanitar problemlərinin operativ şəkildə həlli üçün QHT-lər tərəfindən qaynar xətt yaradılıb. Buna görə də, erməni əsilli sakinlərin guya “blokada”ya alınması kimi iddiaların heç bir əsası yoxdur.
Biz aksiya iştirakçıları olaraq Laçın yolunun hərbi məqsədlər üçün istifadə olunmasına, təbii sərvətlərimizin talan edilərək ölkədən çıxarılmasına son qoyulmasını tələb edirik. Laçın-Şuşa-Xankəndi yolu Azərbaycan Respublikasının suveren ərazisidir.
Biz həmçinin Ermənistan hakimiyyətinin, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin erməni əsilli sakinləri təhdid etməsinə, onların Azərbaycana reinteqrasiyasına bütün vasitələrlə maneə olmasına qəti etiraz edirik. Biz erməni əsilli sakinlərlə birgə yaşayışa dəvət edirik.
Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar problemləri olduğu halda, onların aradan qaldırılması üçün bütün resurslarımızı səfərbər etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.
Bəyanatı adları aşağıda qeyd olunan QHT-lər qəbul edib:
- Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi - İlqar Orucov
- “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi - Azər Allahverənov
- "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi - Zaur İbrahimov
- “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi - İsrayıl İsgəndərov
- “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi - Nurəddin Mehdiyev
- “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi - Günel Səfərova
- “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi - Həsənov Sadiq Hüseyn oğlu
- “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyi - Balayev Səlim Loğman oğlu
- “Eko-Aləm” İctimai Birliyi - Yüzbaşeva Sevil İsmayıl qızı
- Ekoloji İnformasiya İctimai Birliyi - Muradlı Musa Heydər oğlu
- “EkoSfera” Sosial Ekoloji Mərkəzi - Firuzə Sultanzadə
- “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi - İsayeva Sevil Hacıbala qızı
- “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi - Nəzərov Çingiz Manaf oğlu
- Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi - Yusubova Qəmzə Xanlar qızı
- “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi - Etibar Məmmədov
- "Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi - Rahilə Mehtiyeva
- Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyi - Cəfərli Elman Niyazil oğlu
- Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi - Hüseynli Rübabə Əlişirin qızı
- “Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyi - Hüseynov Tarverdi Tapdıq oğlu
- Gənclər üçün Təhsil Mərkəzi - Fəxrəddin Həsənzadə
- Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi - Həsənova İradə İsrafil qızı
- “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyi - Rəşad Məmmədli
- “Ortaq Dəyərlər” İctimai Birliyi - Aqil Camal
- “Sağlamlığa Xidmət” İctimai Birliyi - Elçin Muxtarlı
- “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi - Amin Məmmədov
- “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi - Nərminə Qəribova
- “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi - Zaur Quliyev
- “Gənclərin Töhfəsi” İctimai Birliyi - Məhsəti Hüseynova
- “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi - Aynur Zülfüqarova
- Milli Qeyri-Hökumət Təşkilatları Forumu - Rauf Zeyni
- Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı - Cəlil Xəlilov
- Beynəlxalq Avrasiya Mətbuat Fondu - Umud Mirzəyev
- Konstitusiya Araşdırmalar Fondu - Əliməmməd Nuriyev
- Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası - Sahib Məmmədov
- D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti - Novela Cəfərova
- İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi - Səltənət Qocamanlı
- "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi - Səadət Bənənyarlı
- "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyi - Mayis Əliyev
- “Biosfer” İctimai Birliyi - Qorxmaz İbrahimli
- “Azad İstehlakçılar” İctimai Birliyi - Eyyub Hüseynov
- “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi - Füzuli Rzaquliyev
- “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi - Emin Həsənli
- Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi - Ramil İsgəndərli
- İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi - Şəlalə Həsənova
- "Demokratiyanı Öyrənmə" İctimai Birliyi - Mirəli Hüseynov
- “İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi - Cəsarət Hüseynzadə
- “Azərbaycan Uşaqları” İctimai Birliyi - Kəmalə Ağazadə
- Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı - Asif Əsgərli
- Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi - Mehriban Zeynalova
- “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi - Fikrət Yusifov
- “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi - Müşviq Ələsgərli
- “Bakı Natiqlik Məktəbi” İctimai Birliyi - Elçin Mirzəbəyli
- “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi - Elşad Məmmədli
- Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi - İlqar Hüseynli
- Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi - Faiq İsmayılov
- “Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi - Anar Xəlilov
- Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi - Vüqar Əhmədov
- Azərbaycan Jurnalistlər Şəbəkəsi - Ayaz Mirzəyev
- “Elmi Araşdırmalar” İctimai Birliyi - Telman Qasımov
- Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Assosiasiyası - Dilarə Əfəndiyeva
- “Siyasi Texnologiyalar Mərkəzi” İctimai Birliyi - Vəli Əlibəyov
- Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi - Elçin Salmanov
- “Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi - Mətanət Əsgərqızı
- "Jurnalistika və İnkişaf Mərkəzi" ictimai birliyi - Elməddin Muradov
- “Avropaya İnteqrasiya Mərkəzi” İctimai Birliyi - Səyyad Məcidov
- “İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyi - Əyyub Kərimli
- “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi - Naibə Behbudova
- "Müvəkkil Hüquq Mərkəzi" İctimi Birliyi - Səməd Vəkilov
- "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyi - Səbuhi Abdullayev
- “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi - Niyaz Niftiyev
- QEYD Sosial Maarifləndirmə İctimai Birliyi - Tural Nurməmmədov
- Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi - Sevinc Fədai
- Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi - Fariz Əkbərov
- Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi - Ağayev İlkin
- Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi - Səfərov Raci
- “Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi - Hicran Alməmmədova
- "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi - Namiq Nəcəfov
- Səhiyyə və Sağlam Həyat İctimai Birliyi - Könül Əlizadə
- Azərbaycan Əlillər Cəmiyyəti - Xədicə Mikayılova
- “Qadın dünyası” İctimai Birliyi - Kifayət Niftəliyeva
- “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi - Fərhad Abdulov
- "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyi - Nadir İsmayılov
- İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi - Abbas Pənahov
- Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi - İlham Əliyev
- Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası İctimai Birliyi - Elçin Çobanzadə
- Sosial Dayaq ictimai birliyi Qərənfil Niftəliyeva
- “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi - Xatirə Vəliyeva
- "Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi - Radə Abbas
- Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi - Elnarə Abbasova
- "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi - Maral Zamanova
- Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyi - Gülşən Behbudova
- “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyi - Nəzakət Həsənova
- Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi - Emin Şirvanzadə
- Jurnalist Qadınlar Assosiasiyası - Sevil Yusifova
- “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İctimai Birliyi - Aidə Səfərova
- “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi - Habil Niftalı
- “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi - Elnarə Məhərrəmova
- “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi - Toğrul Allahverdiyev
- "Media Araşdırmaları və Monitorinq Mərkəzi” İctimai Birliyi - Şahbazov Şadman
- “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi - Almaz Zeynalova
- Sakura Azərbaycan-Yaponiya İctimai Birliyi - Təranə Hüseynova
- Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi - Orduxan Qəhrəmanzadə.