“Rusməramlılar” 72 saata ərazimizi tərk etməlidirlər

“Rusməramlılar” 72 saata ərazimizi tərk etməlidirlər

Bakı Moskvadan Qarabağın Azərbaycan ərazisi olduğu ilə bağlı rəsmi və imzalanmış bəyanat tələb etməlidir

Rusiyada yaşayanlar, bu ölkənin folkloru ilə tanış olanlar bilirlər ki, orada məhəllədə, binaların, blokların qarşısında oturub gəlib-gedənin arxasınca danışan, qeybətini qıran yaşlı nənələr orbazı var – bax, dünən Putin Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışanda həmin o qoca qarılar kimi danışdı: Sözünün məğzi bu idi ki, “ay ermənilər, siz Qərbə meyillənmisiz, Rusiyanı günahlandırırsız, amma görürsüz ABŞ Qarabağı Azərbaycanın suveren ərazisi sayır, sizin hökumət də Pelosinin, Qərbin ardınca düşür, amma biz hələ də Qarabağın son vəziyyəti ilə bağlı qərar verməmişik, həmin bölgədə yaşayan erməni əhalisi üçün müxtəlif güzəştlərin olmasını məqbul sayırıq – siz, ermənilər və Ermənistan Qərbin arxasına düşüb getmək, bununla da Qarabağı birdəfəlik itirmək istəyirsinizsə, özünüz bilərsiz, əgər Qərbi seçirsinizsə, Qarabağı itirəcəksiz”.

Bax, belə qoca qarı kimi qeybət elədi. İndi Azərbaycan tərəfi Rusiya XİN-nə məktub göndərərək Moskvanın Qarabağın Azərbaycan ərazisi olduğu ilə bağlı rəsmi və imzalanmış bəyanatını tələb etməlidir və deməlidir ki, əks halda Xankəndi və ətrafında yerləşən “rusməramlılar” 72 saata ərazini tərk etməlidirlər.

Putin “stavkanı” qaldırır, elə ona görə də “oynamaq” lazımdır və yaxın günlərdə Türkiyə ilə Azərbaycan ərazisində bir neçə hərbi tədris və təlim mərkəzlərinin (mütləq deyil ki, adını “baza” qoyasan) açılması ilə bağlı müqavilə imzalanmalıdır.

P.S. Faktiki olaraq Putin iki planın olduğunu, Qərbin planında Qarabağın suveren Azərbaycan ərazisi, Rusiyanın planında isə bu məsələnin dondurulması yer aldığını elan etdi. Vəziyyət qəlizləşir, tarixi diplomatik/hərbi “Çanaqqalamıza” hazır olmalıyıq...

Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)

Mənbə: “Facebook”