Azərbaycanda yüksək vəzifəli şəxs həbs edilib
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri barəsində məhkəmə hökmü çıxarılıb
Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb. “Avronews” xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən, DTX Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib.
İndi də maliyyə nazirinin həbsinin təfərrüatı, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.