Sankt-Peterburqda azərbaycanlı saxlanılıb – Həmyerlisinin qətlində günahlandırılır

Sankt-Peterburqda azərbaycanlı saxlanılıb –

Hadisə 15 il əvvəl baş verib, istintaq saxlanılan şəxsi sifarişli qatil hesab edir

Rusiyanın Sankt-Peterburq şəhərinin Kazanskaya küçəsində yerləşən restoranın yaxınlığında, 50 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. İstintaq onun sifarişli qatil olduğunu hesab edir.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, 2007-ci ilin avqustunda Sankt-Peterburqun Verbnaya küçəsindəki kafenin yaxınlığında, hazırda saxlanılan şəxs, 36 yaşlı həmyerlisi olan restoran sahibinə atəş açıb. Kişi aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib.

(ivbg.ru)